İsrail klubları oyunlarını öz ölkələrində keçirmək üçün Avroliqaya müraciət ediblər

Xəbərlər
16 Oktyabr 2025 22:36
39
İsrail klubları oyunlarını öz ölkələrində keçirmək üçün Avroliqaya müraciət ediblər

İsrailin “Makkabi” və “Hapoel” basketbol klubları ev oyunlarını İsraildə keçirmək üçün Avroliqaya müraciət ediblər. Bu təşəbbüsə Qəzza zolağında son atəşkəs səbəb olub.

İdman.Biz bildirir ki, bu barədə Yunanıstanın tanınmış insayderi Sotiris Vetakis məlumat yayıb.

Mənbənin sözlərinə görə, məsələ yaxın vaxtlarda səsverməyə çıxarılacaq.

Daha əvvəl təhlükəsizlik baxımından İsrail komandaları ev oyunlarını ölkədən kənarda – Serbiya və Bolqarıstanda keçirirdi.

İdman.Biz