Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib - YENİLƏNİB + FOTO

16 Yanvar 2026 17:04
174
Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib - YENİLƏNİB + FOTO

Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

B qrupunda “Naxçıvan” səfərdə “Lənkəran”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 106:75.

“Naxçıvan” 23 xalla ikinci, meydan sahibləri 16 xalla üçüncu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.

10:00

Bu gün Azərbaycan Basketbol Liqasında 13-cu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutacaq.

B qrupunda yer alan “Naxçıvan” “Lənkəran”ın qonağı olacaq. Görüş Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da stat götürəcək.

Turnir cədvəlində qonaqlar 21 xalla ikinci, meydan sahibləri 16 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.

İdman.Biz