“Şəki” ABŞ-li olan basketbolçusu Samir Styuartla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Şəki” Basketbol Klubu məlumat yayıb.
Bildirilib ki, komandanın kapitanı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ayrılığa səbəb oyunçunun Azərbaycan Basketbol Liqasının üçüncü dövrəsində baş tutmuş NTD ilə matçında ciddi zədə almasıdır.
Qeyd edək ki, basketbolçu zədəsinin müalicəsinə vətəni ABŞ-də davam edəcək.
