“Orlando” - “Memfis” qarşılaşmasında möhtəşəm atış - VİDEO

Xəbərlər
16 Yanvar 2026 12:12
55
“Orlando” - “Memfis” qarşılaşmasında möhtəşəm atış - VİDEO

NBA-nın müntəzəm çempionatı çərçivəsində Berlində keçirilən oyunda “Orlando” komandası “Memfis” üzərində 118:111 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Memfis”in forvardı Jaren Cekson 30 xal toplayaraq matçın ən məhsuldar basketbolçusu olub.

Qarşılaşmanın ən yaddaqalan epizodlarından biri “Orlando”nun basketbolçusu Entoni Blekin möhtəşəm “dunk”ı (topun yuxarıdan, birbaşa səbətə vurularaq xal qazanılması) olub. O, dörd “Memfis” oyunçusunun əhatəsində qalmasına baxmayaraq topu səbətə ataraq oyunun ən baxımlı anına imza atıb. Epizod azarkeşlər və sosial şəbəkə istifadəçiləri tərəfindən NBA mövsümünün ən yaxşı “dunk”larından biri kimi dəyərləndirilib.

İdman.Biz