Azərbaycan Basketbol Liqasının II turuna yekun vurulub.
İdman.biz xəbər verir ki, turun son oyununda “Naxçıvan” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Görüş “Naxçıvan” basketbolçularının qələbəsi ilə yekunlaşıb – 103:89 (29:22, 23:23, 25:17, 26:27).
Qalib komandanın heyətində ən məhsuldar oyunçu Dominik Keyes olub. O, 20 xal və 12 ribaundla fərqlənib.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Sərhədçi” doğma meydanda “Lənkəran”ı 84:70 (18:20, 14:14, 24:17, 28:19) hesabı ilə məğlub edib
16:58
Azərbaycan Basketbol Liqasında II turun oyunları davam edir.
İdman.biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Sərhədçi” doğma meydanda “Lənkəran”ı 84:70 (18:20, 14:14, 24:17, 28:19) hesabı ilə məğlub edib .
“Sərhədçi” İdman Kompleksində keçirilən matçda ən məhsuldar oyunçu Hari Brodvey olub. O, qarşılaşmada 20 xal toplayıb.
Qeyd edək ki, bu gün turun digər oyunu “Naxçıvan”la “Sumqayıt” arasında baş tutacaq.
09:46
Bu gün Bakıda Azərbaycan Basketbol Liqasının (ABL) II turunun son oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Sərhədçi” öz idman kompleksində “Lənkəran”ı qəbul edəcək.
Görüş saat 14:00-da başlayacaq. Növbəti oyunu isə “Naxçıvan” və “Sumqayıt” komandaları arasında olacaq. Bu matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tur çərçivəsində artıq dörd oyun baş tutub:
“Neftçi” – “Şəki”: 92:68
“Ordu” – “Quba”: 96:68
“Abşeron Lions” – “Gəncə”: 96:94
“Sabah” – NTD: 133:65
