Çempionlar Liqası: “Sabah” Çexiya komandasına məğlub olub - YENİLƏNİB

Xəbərlər
7 Oktyabr 2025 22:49
134
Çempionlar Liqası: “Sabah” Çexiya komandasına məğlub olub - YENİLƏNİB

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk oyunda uduzub.

İdman.biz-in məlumatına görə, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada “Nimburk”a məğlub olub.

B qrupu çərçivəsində gerçəkləşən oyun “Nimburk”un 93:65 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sabah” ikinci oyununu oktyabrın 15-də Bakıda “Alba”ya (Almaniya) qarşı keçirəcək.

09:41

Bu gün “Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu basketbol komandası Çexiyada “Nimburk”la qarşılaşacaq.

Qeyd edək ki, B qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İdman.Biz