Azərbaycan millisi dünya reytinqində 27-ci sıraya yüksəlib

Xəbərlər
3 İyul 2025 20:43
66
Azərbaycan millisi dünya reytinqində 27-ci sıraya yüksəlib

Dünya Badminton Federasiyasının (BWF) milli komandaların yeni reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması 121 ölkə arasında 27-ci sıraya yüksəlib.

Komandamızın hesabında 2726 reytinq xalı var. Millimiz son 3 ayda reytinqdə 18 pillə irəliləyib. Bu Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer alırdı.

İdman.biz