AFFA Samir Abasovun cəzanı azaltmayıb, “Zirə”nin şikayətini qismən təmin edib

Xəbərlər
25 Noyabr 2023 14:02
104
AFFA Samir Abasovun cəzanı azaltmayıb, “Zirə”nin şikayətini qismən təmin edib

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

İdman.biz xəbər verir ki, "Zirə"nin şikayəti qismət təmin edilib.

Azərbaycan Premyer Liqasının XII turunda "Sabah"la qarşılaşmada təcavüzkar davranışına görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanan Vladislav Kulaçin diskvalifikasiya müddəti azaldılıb. "Zirə"nin “9 nömrəsi” yeni qərara əsasən 1 görüşdə komandasını azarkeş kimi izləyəcək. Digər 3 oyun isə şərti olmaqla, ona 3 aylıq sınaq müddəti verilib. Bu müddətin başlanğıcı ilkin cəzanın çəkildiyi 12 noyabr 2023-cü il tarixdən etibarən müəyyən edilib.

XIII turda “Neftçi” - "Sumqayıt" matçında isə qonaqların şikayəti nəticə verməyib. Apelyasiya Arbitraj Tribunalı oyunda qırmızı alan baş məşqçi Samir Abasovun 3 oyunluq cəzasını qüvvədə saxlayıb. O, "Sumqayıt"ın görüşlərini tribunadan izləyəcək.

İdman.biz