"Səbail"dən növbəti qələbə, "Sabah" yenə xal itirdi - VİDEO

Xəbərlər
7 Oktyabr 2023 19:59
266
"Səbail"dən növbəti qələbə, "Sabah" yenə xal itirdi - VİDEO

Azərbaycan Premyer Liqasının IX turunun iki oyunu keçirilib.

İdman.biz saytı xəbər verir ki, günün ilk qarşılamasında "Səbail" qələbə qazanıb.

Şahin Diniyevin komandası səfərdə "Qəbələ"yə qalib gəlib. Komanda 90+5-ci dəqiqədə qələbə topunu vurub.

Digər qarşılamada qalib müəyyənləşməyib. Qələbə üzünə həsrət qalan "Sabah" "Araz-Naxçıvan"la görüşdə xal itirib. Meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə xilas olub.

Azərbaycan Premyer Liqası
IX tur
7 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Səbail” - 0:1
Qol:
Rüfət Abdullazadə, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
"Səbail": 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 3. Silven Deslandes.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ şəhər stadionu

18:00. “Sabah” – “Araz-Naxçıvan” - 1:1
Qol:
Anatoli Nuriyev, 82 - İshak Belfodil, 76 (öz qapısına)
Baş hakim: Rauf Cabbarov
"Sabah": 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Bank Respublika Arena

N Klublar O Q H M T-F X
1 Zirə 9 6 1 2 9-5 19
2 Səbail 9 5 2 2 15-11 17
3 Qarabağ 8 5 1 2 16-6 16
4 Araz-Naxçıvan 9 4 2 3 9-9 14
5 Neftçi 8 3 3 2 7-5 12
6 Turan Tovuz 9 3 2 4 12-11 11
7 Sumqayıt 7 2 2 3 7-10 8
8 Sabah 8 1 4 3 11-12 7
9 Qəbələ 9 2 1 6 6-16 7
10 Kəpəz 8 1 2 5 5-12 5

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 5 qol, Aleksandr Ramalinqom ("Səbail") - 4 qol