Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları məlum olub

29 Oktyabr 2026 17:17
52
Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları məlum olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, ikinci təsnifat mərhələsinin son oyunlarında “Gəncəbasar” və “Karvan-Yevlax” növbəti raunda vəsiqə qazanıblar.

“Gəncəbasar” “Xankəndi” üzərində 3:2 hesablı qələbə əldə edib. “Karvan-Yevlax” isə “Zəngəzur”u 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, 1/8 final mərhələsində mübarizə aparacaq 16 komandanın hamısı bəlli olub.

Azərbaycan Kuboku
1/8 final mərhələsinin cütləri:

“Araz-Naxçıvan” - “Marafon”
“Sabah” - “İmişli”
“Sumqayıt” - “Qarabağ”
“Qəbələ” - “Şahdağ Qusar”
“Gəncəbasar” - “Şamaxı”
“Neftçi” - “Şəfa”
“Karvan-Yevlax” - “Zirə”
“Turan Tovuz” - “Kəpəz”

Qeyd edək ki, 1/8 final mərhələsinin qarşılaşmaları dekabrın 1-2-də baş tutacaq.

İdman.Biz