“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər - FOTO

29 Oktyabr 2026 17:29
38
“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər - FOTO

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ziyarət zamanı klub nümayəndələri uşaqlarla səmimi söhbət edib, onlara xoş arzularını çatdırıblar. Futbolçular uşaqlara “Qarabağ” klubunun formalarını və toplarını hədiyyə ediblər.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin də iştirak etdiyi ziyarət Gənclər və İdman Nazirliyi ilə “Qarabağ” futbol klubunun birgə təşkilatçılığı əsasında baş tutub.

İdman.Biz