Oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi baş tutacaq.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.
Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.
