Adil Şükürov: “İşimizi sona çatdırmalıyıq”

Xəbərlər
12 Fevral 2024 18:08
152
Adil Şükürov: “İşimizi sona çatdırmalıyıq”

"Bu oyunda qol epizodlarımız oldu. Vaxtında bu imkanlardan istifadə edə bilmədik”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, Azərbaycan Premyer Liqasının XXII turunun “Səbail”lə ev oyunu barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Azarkeşlərimizə təşəkkür edirəm. “Səbail” əlinə düşən fürsətlərdən yararlana bildi. Qarşıdakı matçlara hazırlaşmalıyıq. Belə qarşılaşmalar bizə stimul verməlidir. Komandama inanıram. Daha yaxşı futbol oynayacağıq".

Şükürov arxa xətdəki boşluqların səbəbini də açıqlayıb: “Daha çox hücum edəndə, müdafiədə boşluqlar yaranır. Komandamızda hər kəs həm hücuma keçməyə, həm də müdafiə olunmağa çalışırdı. “Kəpəz”in sponsorunun olmamağının bizə heç bir təsiri yoxdur. Bizim işimiz “Kəpəz”i Premyer Liqada saxlamaqdır. Başqa heç nə barədə düşünmürük. Bu komandaya gəlmişik və işimizi sona çatdırmalıyıq”.

Qeyd edək ki, “Kəpəz” 1:4 hesabı ilə uduzub.

İdman.biz