“Zirə”nin qolsuz seriyası 6-ya çatıb

22 Yanvar 2024 18:13
297
“Zirə”nin qolsuz seriyası 6-ya çatıb

“Zirə” 6 oyundur Azərbaycan Premyer Liqasındakı qol vura bilmir.

İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri XIX turunda “Səbail”lə qarşılaşmasında qolsuz heç-heçə edib.

Qəsəbənin eyniadlı klubu sonuncu dəfə XIII turda qol sevinci yaşayıb. 2023-cü il noyabrın 12-də “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Zirə” artıq 71 gündür rəqib qapısına yol tapa bilmir.

Qismət Alıyevin həmin matçın 65-ci dəqiqəsindəki qolundan sonra 565 dəqiqədir zirəlilər qol görmür. Bu müddətdə “Sumqayıt” (0:0), “Neftçi” (0:1), “Araz-Naxçıvan” (0:0), “Turan Tovuz” (0:1), “Qarabağ” (0:1) və “Səbail”lə (0:0) qarşılaşan Sadıqovun komandası üç heç-heçə edib və üç dəfə uduzub.

Qeyd edək ki, “Zirə” XX turda “Sabah”la görüşəcək. Yanvarın 27-dəki matç Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

İdman.biz