Demçenko: “Şəxsi olaraq yaxşı mövsüm keçirə bilmədim”

Demçenko: “Şəxsi olaraq yaxşı mövsüm keçirə bilmədim”

“Bu gün biz müasir futbol oynadıq. Məşqlərimizin bəhrəsini gördük. Rəqibimizə çətinliklər yaratmağa çalışdıq. Oyuna nəzarət bizim əlimizdə idi”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” klubunun baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 32-ci turunda “Kəpəz”lə oyundan sonra deyib.

“Başa düşürəm ki, bu mövsüm yaxşı keçmədi bizim üçün. Ardıcıl 5 məğlubiyyət avrokuboklara vəsiqə qazanmamağımıza səbəb oldu. Mən həmişə öz futbolçularıma deyirəm ki, hər oyun bir şansdır. Son oyunumuz qalıb. Çox da motivasiyaya ehtiyac yoxdur. Onlar özləri də başa düşürlər ki, bu matçlar onlar üçün özlərini göstərmək baxımından bir şansdır.

Şəxsi olaraq da, yaxşı bir mövsüm keçirə bilmədim. Komanda bir gəmidir. Burada həm futbolçular var, həm də məşqçilər var. Bundan sonra rəhbərlik necə qərar verəcəksə, elə də olacaq”, - Demçenko vurğulayıb.

“Araz-Naxçıvan” 32 oyundan sonra 43 xalla 6-cı yerdədir.

İdman.Biz