Kaxaber Tsxadadze: “Daha çox fərqlənmək imkanımız var idi”

Kaxaber Tsxadadze: “Daha çox fərqlənmək imkanımız var idi”

“Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oynadıq”.

İdman.Biz bildirir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Karvan-Yevlax”la oyundan sonra deyib.

Matç 2:1 hesabı ilə “Qəbələ”nin xeyrinə qurtarıb.

“Birinci hissədə son zərbələri tamamlamaqda çətinlik çəkirdik. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin bundan sonra da kombinasiyalı, üstün oyun göstərməkdə davam etdik. İki qol vurduq. Daha çox fərqlənmək imkanımız var idi. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti olmasa da, futbolçular konsentrasiyanı əldən vermədilər. Maraqlı oyun izlədik”.

“Qəbələ” 32 turdan sonra 24 xalla 11-ci yerdədir.

İdman.Biz