Azərbaycan Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”un futbolçularının “Qarabağ”la matçda boşa verdiyi qol fürsətləri həyəcanla bağlı olub.
İdman.biz xəbər verir ki, bunu klubun baş məşqçisi Kurban Berdıyev sözügedən oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib.
“Qarabağ”a qarşı ağır oyun keçirdik. Uzun müddət meydanda rəqibin üstünlüyü hiss olunurdu. İkinci yarıda buraxılan qollar məğlubiyyətin başlıca səbəbi oldu. Komandamda həyəcan hiss olunurdu. Boşa verilən fürsətlər də bununla bağlı idi. Əgər qol fürsətlərindən doğru yararlansaydıq, hesab başqa cür ola bilərdi”, - o, bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Turan Tovuz” görüşü Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
