Yuri Vernidub: “Emin bizim üçün açar oyunçudur”

12 Aprel 2026 00:14
240
Yuri Vernidub: “Emin bizim üçün açar oyunçudur”

“Birinci hissədə həqiqətən “Neftçi”nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz var idi, amma vura bilmədik hamısını”.

İdman.Biz bildirir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 27-ci turunda “Araz-Naxçıvan”la oyundan sonra deyib.

Oyun 2:1 Bakı komandasının qələbəi ilə bitib.

“60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçular bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi də xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur.

Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq”, - Vernidub bildirib.

İdman.Biz