Kaxaber Tsxadadze: “Güclü məşqçi ilə qarşılaşdıq”

Kaxaber Tsxadadze: “Güclü məşqçi ilə qarşılaşdıq”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının pley-off matçında “Mingəçevir” üzərində komandasının 2:0 hesablı qələbə qazanması haqda danışıb.

İdman.Biz xəbər verir ki, gürcü məşqçi “Qəbələ”nin qalibiyyətini şərh edib:

“Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü idi. Amma daha güclü idik və layiqincə qalib gəldik”.

İdman.Biz