“Turan Tovuz”un futbolçusu getmək istəmir

“Turan Tovuz”un futbolçusu getmək istəmir

“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev müxtəlif klublardan təklif alıb.

Qərb təmsilçisinin kapitanına Premyer Liqamızda mübarizə aparan klublar dəvət göndərib.

Lakin Hacıyev yeni mövsümə də Tovuz klubunda başlamaq istəyir.

“Başqa komandalardan təkliflər almışam. Amma mənim “Turan Tovuz”la bir illik müqaviləm var. Bütün fikrimi də indiki komandamın oyunlarına yönəltmişəm”, - deyə müdafiəçi sportal.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Faiq Hacıyev “Qəbələ”nin yetirməsidir. O, “Turan Tovuz”a gəlməmişdən əvvəl MOİK-in də formasını geyinib.

İdman.Biz