“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandasını tanıya bilmir.
İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı bunu Misli Premyer Liqasının 27-ci turunda “Karvan-Yevlax”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Oyun 4:1 hesabı ilə Yevlax klubunun xeyrinə qurtarıb.
O, komandasının məğlubiyyətini şərh edib.
“Çempionat sona yaxınlaşır. İtkilərimiz çox idi. Dəyişikliklər etmək istədik, amma mərkəz və cinah müdafiəçisi mövqeyini düzəldə bilmədik. “Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə görüşdə bəsit qollar buraxdıq. İndi də “Karvan-Yevlax”la. Futbolçularımızla danışacağıq. İstənilən halda, irəli baxacağıq”, - Bağırov bildirib.
