Tərlan Quliyev mükafatını aldı

9 Aprel 2026 15:46
168
Tərlan Quliyev mükafatını aldı

Azərbaycan Birinci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Şəfa” klubunun futbolçusu Tərlan Quliyev mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı 21-ci turun “Şəfa” - “Səbail” qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.

İdman.Biz