“Turan Tovuz” növbəti oyuna itki ilə çıxacaq

9 Aprel 2026 14:20
153
“Turan Tovuz” növbəti oyuna itki ilə çıxacaq

Misli Premyer Liqasının 26-cı turunda səfərdə “İmişli” ilə heç-heçə edən “Turan Tovuz” növbəti oyun öncəsi itki ilə üzləşib.

İdman.Biz xəbər verir ki, bölgə təmsilçisinin aparıcı futbolçularından olan Aleksandro Serrano cəzalı duruma düşüb.

Buna səbəb ispan yarımmüdafiəçinin həmin görüşün 90+7-ci dəqiqəsində sarı vərəqə almasıdır.

Beləliklə, cari mövsümdə dördüncü dəfə sarı vərəqə limitini dolduran 31 yaşlı oyunçu 27-ci turda “Sumqayıt”a qarşı keçiriləcək matçı buraxacaq.

Serrano bu mövsüm “Turan Tovuz”un bütün oyunlarında iştirak edib. O, 26 qarşılaşmada 2117 dəqiqə meydanda olub və 6 qola imza atıb.

Qeyd edək ki, “Turan Tovuz” - “Sumqayıt” oyunu aprelin 12-də Tovuzda baş tutacaq.

İdman.Biz