Vadar Nuriyev: “Sabah”a əks-hücum şansı verdinsə, bağışlamır”

Vadar Nuriyev: “Sabah”a əks-hücum şansı verdinsə, bağışlamır”

“Sabah” komandası rəqibini əks-hücumlar zamanı bağışlamır.

İdman.Biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Misli Premyer Liqasının 26-cı turunda “Sabah”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşma barədə danışıb:

“Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik, yaxşı da başladıq. Adi səhvdən qol buraxdıq. İkinci qolda da səhvə yol verdik. Halbuki penalti epizodundan əvvəl qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı.

“Sabah” elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azından 1 xal götürmək istəyirdik, alınmadı. “Sabah”ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” qarşılaşması Bakı klubunun 4:2 hesablı qələbəsi ilə bitib.

İdman.Biz