“Oyun haqda çox danışmağa ehtiyac yoxdur”.
İdman.Biz bildirir ki, bu sözləri “Karvan-Yevlax”ıb baş məşqçisi Füzuli Məmmədov “Qarabağ”la Azərbaycan Premyer Liqasının 26-cı tur oyunundan sonra deyib.
Matç 7:0 hesabı ilə “Qarabağ”ın xeyrinə qurtarıb.
“Hər şey bəllidir. Bu gün ağır oyunda acı məğlubiyyət aldıq. “Qarabağ”a qarşıdakı matçlarda uğurlar arzulayıram”, - baş məşqçi bildirib.
