Ayxan Abbasov: “Araz-Naxçıvan”la oyunda məğlubiyyətə layiq deyildik”

Ayxan Abbasov: “Araz-Naxçıvan”la oyunda məğlubiyyətə layiq deyildik”

“Şamaxı” komandasının baş məşqçisi Ayxan Abbasov “Araz-Naxçıvan”la oyunda məğlubiyyətə layiq olmadıqlarını düşünür.

İdman.Biz xəbər verir ki, 44 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında bildirib.

O, Azərbaycan Premyer Liqasının 25-ci turunda 0:1 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb.

“Bu mövsüm üçüncü və ya dördüncü dəfədir ki, məğlubiyyətə layiq deyildik. Çoxlu qol şanslarımız oldu, amma yararlana bilmədik. Oyunçularımız bu gün sonadək mübarizə apardılar. Üstünlük bizdə idi, buna görə də şadam. Son ötürmələr və zərbələr üzərində işləməliyik”, - Abbasov deyib.

İdman.Biz