Füzuli Məmmədov: “Oyuna çox ciddi hazırlaşmışdıq”

Füzuli Məmmədov: “Oyuna çox ciddi hazırlaşmışdıq”

“Düşünürdük ki, ən azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik”.

İdman.Biz bildirir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Araz-Naxçıvan”la oyundan sonra deyib.

Oyun 2:1 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə qurtarıb.

“Oyuna çox ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik.

“Araz-Naxçıvan” kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu.”, - Məmmədov bildirib.

İdman.Biz