AFFA Hakimlər Komitəsi: “Sumqayıt”ın qapısına penalti səhv təyin olunub” - VİDEO

AFFA Hakimlər Komitəsi: “Sumqayıt”ın qapısına penalti səhv təyin olunub”

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 22-ci turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, “Sabah” – “Qarabağ” (3:3), “Kəpəz” – “Sumqayıt” (3:0), “Şamaxı” – “Neftçi” (2:2), “Qəbələ” – “Karvan-Yevlax” (1:1) və “Turan Tovuz” – “İmişli” (0:0) matçlarındakı mübahisəli epizodları dəyərləndirib.

Mütəxəssis referi Rəşad Əhmədovun “Kəpəz” – “Sumqayıt” görüşündəki mübahisəli penalti epizodu zamanı səhv qərar qəbul etdiyini bildirib.

Həsənov həmçinin referi Kamranbəy Rəhimovun "Şamaxı" - "Neftçi" görüşündəki mübahisəli penalti epizodu zamanı doğru qərar qəbul etdiyini təsdiqləyib.

İdman.Biz