“Möhtəşəm oyun keçdi. Çoxdandır Azərbaycan Premyer Liqasında bu cür matçlar izləmirdik”.
Bu sözləri “Qarabağ”ın sabiq üzvü Zaur Ramazanov deyib.
Veteran futbolçu ötən gün keçirilən “Qarabağ” - “Sabah” matçı haqda fikirlərini bölüşüb:
“Azarkeşlərin çox olmasına sevindim. Mövsümün rekordu qırıldı. Belə qarşılaşmalar azarkeşləri stadionlara cəlb edir. Matçda topa nəzarət “Qarabağ”da idi. Sadəcə, epizodlardan yaralana bilmirdilər. “Sabah” isə yaranan fürsətlərin hər birindən istifadə etdi, erkən qollar vurdular. Hamıya bəllidir ki, “Qarabağ” hər zaman sürpriz yarada bilər. Hansı komandanın çempion olacağını söyləmək hələ tezdir. Aradakı 4 xal böyük fərq deyil. Mənim favoritim “Qarabağ”dır”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” - “Sabah” matçı 3:3 hesabı ilə yekunlaşıb.
