“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev 4 gün əvvəl Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə oyununda baş verənlərə görə üzr istəyib.
İdman.Biz-in məlumatına görə, bu barədə Berdıyev mətbuat konfransında deyib.
Mütəxəssis sözügedən məsələ və Azərbaycan Premyer Liqasının 19-cu turunda “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
“İlk olaraq kubok oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosional və yolverilməz hərəkət idi.
Matça gəlincə, birinci hissədə çoxlu qol imkanlarımız oldu. İkinci qolu vurub oyunu bir qədər asanlaşdırmaq istəyirdik. Təəssüf ki, ikinci qolu vura bilmədik və sonluq bir qədər əsəbi alındı”, - baş məşqçi bildirib.
