“Qəbələ” "Sabah"ı xalsız yola salıb

Xəbərlər
22 Dekabr 2023 18:08
384
“Qəbələ” "Sabah"ı xalsız yola salıb

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

İdman.biz xəbər verir ki, ilin son turunun ilk matçında “Qəbələ” “Sabah”ı sınağa çəkib.

Qarşılaşma hər iki komanda üçün əhəmiyyət kəsb edirdi. Son 3 matçında məğlub olan “Qəbələ” “qara zolaq”dan “Sabah”la görüşdə çıxıb. Murad Musayev birinci hissənin son dəqiqələrində qarşılaşmanın taleyini həll edən qolun müəllifi olub. "Sabah" isə ardıcıl ikinci turda məğlub olub.

Qeyd edək ki, dekabrın 23-də “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Sumqayıt” Səbail”i, ertəsi gün “Neftçi” “Kəpəz”i, “Zirə” isə “Qarabağ”ı sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
XVIII tur
22 dekabr (cümə)
16:00. “Qəbələ”– “Sabah” - 1:0
Qol:
Murad Musayev, 45+2.
Baş hakim: Əliyar Ağayev
"Qəbələ": 13. Kristof Atanqana, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.
"Sabah": 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
Qəbələ şəhər stadionu

1

Qarabağ

17

11

2

3

44-14

38

2

Zirə

17

8

5

4

13-9

29

3

Səbail

17

7

5

5

26-26

26

4

Araz-Naxçıvan

17

7

5

5

19-16

26

5

Neftçi

17

7

4

6

19-16

25

6

Sumqayıt

17

6

6

5

18-23

24

7

Sabah

18

6

4

8

25-22

22

8

Turan Tovuz

17

5

4

8

26-27

19

9

Kəpəz

17

3

5

9

11-27

14

10

Qəbələ

18

4

2

12

12-32

14

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 12 qol, Aleksandr Ramalinqom ("Səbail") - 7, Leandro Andrade ("Qarabağ"), Otto Con ("Turan Tovuz") – hər ikisi 6 qol

İdman.biz