“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Çünki son vaxtlar komandamız çox güc sərf edir”.
İdman.Biz bildirir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la Misli Premyer Liqasının birinci turundan təxirə salınmış oyundan sonra mətbuat konfransında deyib.
“Bəzi futbolçularımızın zədəli və xəstə olması müəyyən problemlər yaratdı. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir”, - baş məşqçi bildirib.
“Sabah” – “Qarabağ” oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
