“Sabah”ın müdafiəçisi: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır”

Xəbərlər
17 Dekabr 2025 21:34
37
“Sabah”ın müdafiəçisi: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır”

“İlk məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Amma hazırda elə vəziyyətdəyik ki, böyük xəyallar da qura bilərik. Çempionat uzundur. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etməliyik”.

İdman.Biz bildirir ki, bu sözləri “Sabah” klubunun müdafiəçisi İqor Noqeyra Sportal.az-a deyib.

Müdafiəçi Sportal.az-a açıqlamasında klubunun “Qarabağ”la çempionluq üçün mübarizə aparmaq potensialını da dəyərləndirib:

“Ötən mövsüm bəlkə də çoxlarının gözləmədiyi halda biz kubokun finalında onlara qalib gəldik. Sadəcə onlara qarşı yox, özümüz özümüzün üzərində də çox işləməliyik ki, böyük uğurlar əldə edək.

Öz oyunun barədə danışmağı çox da xoşlamıram. Digər müdafiəçilərlə birlikdə həddindən artıq çalışırıq ki, qapımızı toxunulmaz saxlayaq. Ən önəmlisi odur ki, öz oyunumuzla “Sabah”a kömək edək”.

İdman.Biz