Valdas Dambrauskas: “Futbolçularım bu gün inanılmaz performans sərgilədilər”

Xəbərlər
18 Dekabr 2025 22:51
56
Valdas Dambrauskas: “Futbolçularım bu gün inanılmaz performans sərgilədilər”

“Əvvəlcə istərdim ki, öz futbolçularımı təbrik edim. Onlar bu gün inanılmaz performans sərgilədilər. Üstəlik, bu oyunu Avropaya səs salan komandaya qarşı sərgilədilər. İnanıram ki, stadiona gələn azarkeşlər bu matçdan həzz aldılar”".

İdman.Biz bildirir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Qarabağ”la Misli Premyer Liqasının birinci turundan təxirə salınmış oyundan sonra mətbuat konfransında deyib.

“İnanın, mən turnir cədvəlinə çox nadir hallarda baxıram. Paltardəyişmə otağında da futbolçularıma bildirdim ki, turnir cədvəlinə baxmasınlar. Qış fasiləsinə qədər hələ 1 oyun da var. Qarşılaşmalara ciddi hazırlaşırıq”, - baş məşqçi bildirib.

“Sabah” – “Qarabağ” oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz