“Mançester Yunayted” dünən qapısına qol vuran oyunçunu transfer etmək istəyir

Xəbərlər
16 Dekabr 2025 10:44
196
“Mançester Yunayted” dünən qapısına qol vuran oyunçunu transfer etmək istəyir

İngiltərənin “Mançester Yunayted” klubu “Bornmut”un futbolçusu Antuan Semenyonun transferini ciddi şəkildə nəzərdən keçirir. Klub yanvar transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi əsasən yarımmüdafiə xəttini möhkəmləndirməyi hədəfləyir. Bununla belə, klub daxilində Semenyonun cinah müdafiəçisi mövqeyində də faydalı ola biləcəyinə inanılır.

Mənbə qeyd edir ki, futbolçunun universallığı və fiziki keyfiyyətləri onu Amorim komandasının taktiki planları üçün maraqlı namizədə çevirir. Yanvar ayında rəsmi addımların atılıb-atılmayacağı isə qarşıdakı həftələrdə dəqiqləşəcək.

Qeyd edək ki, dünən keçirilən “Mançester Yunayted” - “Bornmut” oyununda (4:4) qonaqların ilk qolunu məhz Antuan Semenyo vurub.

İdman.Biz