AFFA Hakimlər Komitəsinin sədri FIFA referilərinin səhv qərar qəbul etdiklərini bildirib

Xəbərlər
12 Dekabr 2025 19:21
66
AFFA Hakimlər Komitəsinin sədri FIFA referilərinin səhv qərar qəbul etdiklərini bildirib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 14-cü turunda və Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdman.Biz-in məlumatına görə, Həsənov bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, ümumilikdə 5 görüşdə qeydə alınan 5 epizodla bağlı fikirlərini bölüşüb.

Hakimlər Komitəsinin sədri FIFA referiləri Kamal Umudlunun “İmişli” – “Sabah” qarşılaşmasında, Əliyar Ağayevin isə “Sumqayıt” – “İmişli” oyununda təyin etdikləri penalti qərarlarının səhv olduğunu vurğulayıb.

İdman.Biz