“Şəfa” və “Turan Tovuz” ilk dəfə üz-üzə gələcəklər

11 Oktyabr 2026 10:19
113
“Şəfa” və “Turan Tovuz” ilk dəfə üz-üzə gələcəklər

“Şəfa” və “Turan Tovuz” futbol komandaları Misli Premyer Liqasının yeddinci turunda qarşılaşacaqlar.

İdman.Biz xəbər verir ki, oktyabrın 11-də keçiriləcək görüş Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Görüşü Əli Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək göstərəcəklər. Dördüncü hakim Murad Səlimov olacaq.

VAR hakimi funksiyasını Nicat İsmayıllı, AVAR hakimi vəzifəsini isə Müslüm Əliyev yerinə yetirəcək. Oyunun hakim-inspektoru İmanxan Sultani, AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.

Bu matç komandalar arasında tarixdə ilk qarşılaşma olacaq. “Şəfa” və “Turan Tovuz” indiyədək bir-birinə qarşı rəsmi oyun keçirməyiblər.

Beləliklə, tərəflər ilk görüşlərində həm qarşılıqlı oyunların tarixində ilk qələbəni qazanmaq, həm də Misli Premyer Liqasının turnir cədvəlində xallarının sayını artırmaq uğrunda mübarizə aparacaqlar.

İdman.Biz