AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIII turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, “Turan Tovuz” – “Neftçi” (0:0), “İmişli” – “Sabah” (0:3), “Qarabağ” – “Karvan-Yevlax” (2:0), “Şamaxı” – “Sumqayıt” (1:2) və “Qəbələ” – “Araz-Naxçıvan” (2:1) matçlarında qeydə alınan ümumilikdə 5 epizodla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis baş hakim Fərid Hacıyevin “Turan Tovuz” – “Neftçi” oyununda meydan sahiblərinin qapısına təyin etdiyi penaltinin yanlış, VAR müdaxiləsindən sonra qərarın dəyişdirilməsinin doğru olduğunu bildirib.
