II Liqa: Lider “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə, “Araz Saatlı”nın ilk uğuru

Xəbərlər
24 Noyabr 2025 21:19
35
II Liqa: Lider “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə, “Araz Saatlı”nın ilk uğuru

Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları keçirilir.

İdman.Biz xəbər verir ki, bu gün “Göygöl” öz meydanında “Şəmkir”i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən “Şəmkir” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 7 xalı olan “Göygöl” isə 9-cu yerdədir.

Turun digər qarşılaşmasında “Şirvan” öz meydançasında “Qaradağ Lökbatan”a böyük hesabla məğlub olub – 0:5.
“Qaradağ Lökbatan” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Şirvan” 16 xalla 6-cı yerdə qərarlaşıb.

Daha bir oyun isə “Araz Saatlı” və “Ağdaş” arasında keçirilib. Saatlı təmsilçisi görüşdə inamlı qələbə qazanıb – 3:1. Bu, onların mövsümdə ilk qələbələridir. Klub 4 xalla sonuncu yerdədir. “Ağdaş” 6 xalla 10-cudur.

X tura noyabrın 25-də yekub vurulacaq.

İdman.Biz