II Liqa: “Xankəndi” 14 qolla liderliyə yüksəldi

Xəbərlər
21 Oktyabr 2025 19:17
33
II Liqa: “Xankəndi” 14 qolla liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan II Liqasında VI turun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, bu gün “Araz Saatlı” öz meydanında “Xankəndi”ni qəbul edib. Qarşılaşma qonaqların 14:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən “Xankəndi” çempionatın lideridir. 1 xalı olan “Araz Saatlı” isə sonuncu yerdədir.

Bu gün həmçinin “Ağdaş” klubu da “Sheki City” ilə qarşılaşıb. Bu görüş də qonaqların qələbəsi ilə qurtarıb – 0:3.

“Sheki City” bu qələbədən sonra xallarını 12-yə çatdırıb və 5-ci yerdədir. “Ağdaş” 6 xalla 7-ci yerdə qərarlaşıb.

İdman.Biz