“Qarabağ” azarkeşlərinin sındırdığı 82 oturacağın pulunu ödəyəcək

Xəbərlər
29 Noyabr 2023 14:19
528
“Qarabağ” azarkeşlərinin sındırdığı 82 oturacağın pulunu ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIV turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununun 86-cı dəqiqəsində topdaşıyanlar meydana daxil olduğuna görə birincilər 500 manat ziyana düşüb. Matçın 90+2-ci dəqiqəsində “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün isə qonaqlar 1500 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” da oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “ağ-qaralar” 800 manat ödəyəcək. Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün bakılılar əlavə 500 manat cərimə olunub.

“Sabah” – “Qarabağ” oyununda isə Ağdam təmsilçisinin azarkeşləri stadiona dəymiş zərəri ödəyəcəklər. Qonaqların fanatları 82 ədəd oturacağı sındırıblar.