Hacı Əliyev: “Şansı əldən vermək olmaz, “Molde” ilə oyunda qrupdan çıxmalıyıq”

Müsahibə
29 Noyabr 2023 11:28
468
Hacı Əliyev: “Şansı əldən vermək olmaz, “Molde” ilə oyunda qrupdan çıxmalıyıq”

“Qarabağ" avrokuboklarda artıq özünü sübut edib. Həmçinin, komandamız daima oyunlara hazırlıqlı şəkildə çıxır”.

Bunu İdman.bizə Azərbaycan millisinin sərbəst güləşçisi Hacı Əliyev deyib.

Üçqat dünya çempionu “Qarabağ”ın Avropa Liqasının V turu çərçivəsində Norveç “Molde”si oyunu şərh edib. O bildirib ki, noyabrın 30-da səfərdə baş tutacaq qarşılaşma Azərbaycan çempionu çox vacibdir.

Əliyev “Molde”ni güclü saysa da, Qurban Qurbanovun komandasının səfərdən qələbə ilə dönəcəyinə inam ifadə edib: “Bu şansı əldən vermək olmaz. Məhz bu qarşılaşmanın nəticəsinə əsasən qrupdan çıxmalıyıq. Daima idmançılarımıza dəstək oluruq. Təbii ki, bu bizim borcumuzdur. Səmimi qəlbdən “Qarabağ”a uğurlar arzu edirəm. İnanıram ki, komandamız bizə qələbə sevinci yaşadacaq”.

Qeyd edək ki, H qrupunda mübarizə aparan “Qarabağ” və “Molde” 6 xala malikdir. Azərbaycan çempionu qələbə qazanarsa, Avropa Liqasında yoluna davam edəcək.

Banuçiçək Hüseynli

İdman.biz