“Oyun çox sürətli başladı. İlk 15 dəqiqədə hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yarandı”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XIV turunda “Sumqayıt”la görüşdə heç-heçə oynayan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis fasilədə futbolçulara daha aqressiv oynamaq tapşırığı verdiyini bildirib: “Oyuna ikinci hissədə daha fərqli başladıq. Aqressiv çıxış sayəsində rəqibə birinci hissədə olduğu kimi, rahat hücumlar qurmaq imkanı vermədik. Oyuna nəzarət bizim tərəfimizdə idi. Fasilədən sonra çoxlu qol vəziyyətləri yaranmadı. Meydanda əsasən, taktiki savaş getdi. Bu cür oyunlar futbolumuzun xeyrinədir”.
Rəşad Sadıqov qazanılan bir xala qane olub: “Səfərdə bir xal pis nəticə deyil. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Xüsusən ikinci hissəni dəyərləndirsək, hər iki komandanın çoxsaylı qol epizodları oldu. “Sumqayıt”la səfər oyununda qol vəziyyətlərini reallaşdıra bilmədik”.
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” matçında qapılara qol vurulmayıb.
İdman.biz