Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
İdman.biz xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 3-cü turun digər qarşılaşmaları 26-27 avqust tarixlərində keçiriləcək.
25 avqust (cümə)
20:00. "Araz-Naxçıvan" – "Sumqayıt" - 1:1
Qollar: Rövlan Muradov, 63-pen. (0:1), Turan Manafov, 73 (1:1)
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
"Dalğa Arena"
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 3 | 3 | 0 | 0 | 4-1 | 9 |
| 2 | Sumqayıt | 3 | 2 | 1 | 0 | 7-3 | 7 |
| 3 | Qarabağ | 3 | 2 | 0 | 1 | 5-2 | 6 |
| 4 | Turan Tovuz | 3 | 2 | 0 | 1 | 5-3 | 6 |
| 5 | Sabah | 2 | 1 | 1 | 0 | 6-1 | 4 |
| 6 | Araz-Naxçıvan | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
| 7 | Kəpəz | 3 | 1 | 0 | 2 | 1-3 | 3 |
| 8 | Neftçi | 3 | 0 | 2 | 1 | 2-3 | 2 |
| 9 | Səbail | 3 | 0 | 1 | 2 | 3-7 | 1 |
| 10 | Qəbələ | 3 | 0 | 0 | 3 | 1-9 | 0 |
Ağa Dadaşzadə
İdman.biz
