Cəlal Hüseynov oynadı, “Petrolul” qalib gəldi

15 Avqust 2026 13:38
175
Cəlal Hüseynov oynadı, “Petrolul” qalib gəldi

Rumıniya çempionatının V turunda Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov növbəti oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Voluntari” ilə qarşılaşıb. Görüş “Petrolul”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu qələbədən sonra “Petrolul” 9 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

İdman.Biz