Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsini başa vurub.
İdman.biz xəbər verir ki, yığmamız qrupda keçirdiyi 8 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib və 5 dəfə uduzub.
Artıq AFFA-nın yola saldığı millimizin sabiq baş məşqçisi Canni de Byazi bu matçlarda 31 futbolçuya şans verib. Onlardan beşi bütün görüşlərdə meydana çıxıb. Heç bir futbolçu tsikli əvəzolunmadan keçirməyib. Emin Mahmudov meydanda hamıdan çox – 689 dəqiqə olub. Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Renat Dadaşov və Aleksey İsayev də bütün matçlarda forma geyiniblər.
Kapitan həm də yığmanın bombardiridir. Tsikldəki yeganə dublumuzun müəllifi ümumilikdə 3 qola imza atıb. Digər 4 qolu fərqli futbolçular vurublar. Renat Dadaşov, Anton Krivotsyuk, Ramil Şeydayev və Toral Bayramov da seçmə oyunlarda qol sevinci yaşayıblar.
Ramil Şeydayev və Şahruddin Məhəmmədəliyev hamıdan çox – hərəyə 3 sarı vərəqə ilə cəzalanıb. Hücumçu bu üzdən son turda cəzalı olubsa, qapıçı üçüncü xəbərdarlığı həmin matçda alıb. İki qırmızı vərəqə ilə cəzalanan yığmamızda Bəhlul Mustafazadə və Eddi İsrafilov cəzalanıb. Bəhlul birbaşa qırmızı, Eddi ikinci sarı vərəqə üzündən meydanı tərk edib.
futbolçu |
O |
D |
Q |
SV |
QV |
Emin Mahmudov |
8 |
689 |
3 |
2 |
0 |
Anton Krivotsyuk |
8 |
630 |
1 |
2 |
0 |
Elvin Cəfərquliyev |
8 |
556 |
0 |
2 |
0 |
Renat Dadaşov |
8 |
555 |
1 |
1 |
0 |
Aleksey İsayev |
8 |
504 |
0 |
1 |
0 |
Ramil Şeydayev |
7 |
615 |
1 |
3 |
0 |
Toral Bayramov |
7 |
533 |
1 |
2 |
0 |
Hoccət Haqqverdi |
7 |
503 |
0 |
0 |
0 |
Şahrudin Məhəmmədliyev |
6 |
540 |
-8 |
3 |
0 |
Mahir Emreli |
6 |
253 |
0 |
1 |
0 |
Rahil Məmmədov |
5 |
424 |
0 |
1 |
0 |
Bəhlul Mustafazadə |
5 |
417 |
0 |
0 |
1 |
Coşqun Diniyev |
5 |
365 |
0 |
1 |
0 |
Qismət Alıyev |
5 |
127 |
0 |
0 |
0 |
Elvin Camalov |
5 |
121 |
0 |
0 |
0 |
Musa Qurbanlı |
4 |
53 |
0 |
0 |
0 |
Eddi İsrafilov |
3 |
99 |
0 |
1 |
1 |
Filip Ozobiç |
3 |
31 |
0 |
0 |
0 |
Riçard Almeyda |
2 |
167 |
0 |
1 |
0 |
Bəxtiyar Həsənalızadə |
2 |
71 |
0 |
0 |
0 |
Namik Ələskərov |
2 |
62 |
0 |
0 |
0 |
Emil Səfərov |
2 |
53 |
0 |
0 |
0 |
Bədavi Hüseynov |
1 |
90 |
0 |
0 |
0 |
Emil Balayev |
1 |
90 |
-5 |
0 |
0 |
Yusif İmanov |
1 |
90 |
-4 |
0 |
0 |
Nəriman Axundzadə |
1 |
45 |
0 |
0 |
0 |
Ozan Can Kökçü |
1 |
45 |
0 |
0 |
0 |
Azər Əliyev |
1 |
45 |
0 |
0 |
0 |
Rüstəm Əhmədzadə |
1 |
26 |
0 |
0 |
0 |
Cəlal Hüseynov |
1 |
17 |
0 |
0 |
0 |
Yusif Nəbiyev |
1 |
5 |
0 |
0 |
0 |
O – oyun, D – dəqiqə, Q – qol, SV – sarı vərəqə, QV – qırmızı vərəqə.
İdman.biz