“Barselona”nın futbolçusu Rafinya La Liqanın ilk yeddi turunda vurduğu qolların sayına görə yalnız Kriştiano Ronaldudan geri qalır.
İdman.Biz "Transfermarkt"a istinadən xəbər verir ki, braziliyalı hücumçu cari mövsümdə keçirdiyi 7 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Kriştianu Ronaldo isə 2014/15 mövsümündə “Real”ın heyətində La Liqanın ilk 7 turunda 13 dəfə fərqlənib.
Rafinya UEFA Çempionlar Liqasında da məhsuldarlığı ilə diqqət çəkib. O, turnirin əsas mərhələsinin ilk turunda “Feyenoord”a 5:1 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol vurub.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, “Lids Yunayted”dən Kataloniya klubuna 58,5 milyon avro qarşılığında transfer olunub.
Rafinya “Barselona” ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.
