Canni De Byazi: “Azərbaycan yığmasında maksimuma çatdığımı düşünürəm”

Xəbərlər
22 Noyabr 2023 15:22
693
Canni De Byazi: “Azərbaycan yığmasında maksimuma çatdığımı düşünürəm”

“Bu komanda ilə getməli olduğum yolu keçdim. Lazımi qiymətləndirmələr edərək, nəticə baxımından maksimuma çatdığımı düşünürəm".

İdman.biz xəbər verir ki, bunu italiyalı mütəxəssis Canni De Byazi "Tuttomercato" nəşrinə Azərbaycan millisinin baş məşqçi postundan ayrılması barədə danışarkən deyib.

Potensial gələcəyi olan gənc komandanı tərk etdiyini bildirən millimizin sabiq baş məşqçisi vurğulayıb ki, hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da var və bu yol artıq onun üçün bitib: “Üç ildən çox davam edən bir səyahətin sonluğuna gəldik. Azərbaycan reytinqdə 120-ci yeri tutan milli komandadır və istənilən halda biz İsveç kimi yüksək reytinqli komandanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq. Sonra Belçikaya 0:5 hesabı ilə uduzsaq da, komandanın meydanda necə duruş gətirə bildiyini göstərdik. Bu fikri Avstriya yığması ilə oyuna da şamil etmək olar”.

De Byazi əlavə edib ki, komandanı müəyyən formada meydana çıxardığı halda, fərqli keyfiyyətli oyunçuların hazırlığı onu məyus edib.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bu gün keçirilən iclasda italiyalı mütəxəssislə müqavilənin uzadılmaması barədə qərar qəbul edib.

İdman.biz