21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Samir Əliyevin komandası İspaniyada Ukrayna ilə qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. Rəqin penalti zərbəsini dəqiq yerinə yetirərək, 1:0 hesabı ilə qələbə qazanıb. Yığımanız seçmə mərhələsində 4 oyunda üçüncü dəfə məğlub olub.
Qeyd edək ki, qrupun digər matçlarında Serbiya öz meydanında Lüksemburqa 2:0, İngiltərə isə Şimali İrlandiyaya 3:0 hesabı ilə qalib gəlib.
AVRO-2025, seçmə mərhələsi
F qrupu
21 noyabr
22:00. Ukrayna U-21 – Azərbaycan U-21 - 1:0
Qol: Volodimir Brajko, 38 (pen.)
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan)
Ukrayna U-21: 1. Ruslan Neşçeret, 5. Vitali Roman, 13. Volodimir Salyuk, 16. Arseni Batahov, 2. Konstantin Vivçarenko, 10. Yeqor Yarmolyuk, 17. Volodimir Brajko, 8. Oleq Oçeretko, 14. İllya Kvasnitsia, 20. İqor Krasnopir, 9. Nazar Voloşin
Baş məşqçi: Unay Melqosa
Azərbaycan U-21: 1. Rüstəm Samiqullin, 13. Qurban Səfərov, 15. Süleyman Damadayev, 4. Cəlal Hüseynov, 21. Mahir Həsənov, 2. Abdulla Rzayev, 7. Camal Cəfərov, 10. Veysəl Rzayev, 8. Fərid Yusifli, 9. Nəriman Axundzadə, 19. Samir Abdullayev
Baş məşqçi: Samir Əliyev
Mursiya. Nueva Kondomina
1 |
Ukrayna |
5 |
5 |
0 |
0 |
12-2 |
15 |
2 |
İngiltərə |
5 |
4 |
0 |
1 |
20-4 |
12 |
3 |
Serbiya |
5 |
3 |
0 |
2 |
7-13 |
9 |
4 |
Azərbaycan |
4 |
1 |
0 |
3 |
3-6 |
3 |
5 |
Şimali İrlandiya |
5 |
1 |
0 |
4 |
2-7 |
3 |
6 |
Lüksemburq |
5 |
1 |
0 |
4 |
3-15 |
3 |
İdman.biz