Azərbaycan Kubokunda I təsnifat mərhələsi davam edir.
İdman.biz xəbər verir ki, mərhələnin ikinci günündə daha 3 oyun keçirilib.
II Liqa komandaları mübarizə apardığı bu raundda "Ağdaş" - "Cəbrayıl" oyunu gərgin mübarizə şəraitində keçib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtın başa çatmasına 4 dəqiqə qalmış qonaq komanda penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı açıb. Son saniyələrdə daha bir qol vuran qonaq komanda 2:0 hesabı ilə qələbə qazanıb.
“Sheki City” öz meydanında “Kür-Araz”a 1:2 hesabı ilə uduzub. "Baku Sportinq" isə "Kürmük Qax"la oyunda əziyyət çəkməyib. Meydan sahibləri rəqib qapısından 6 cavabsız top keçiriblər.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
19 noyabr (bazar)
14:00. “Ağdaş” – “Cəbrayıl” - 0:2 (ə.v.)
Qollar: Tapdıq Əhmədov, 116 (pen.). Elvin Dəmirov, 120+3
Baş hakim: Əli Əliyev
Ağdaş şəhər stadionu
14:00. “Sheki City” – “Kür-Araz” - 1:2
Qollar: Mirabbas Mirbabayev, 82 (öz qapısına) - Elariz Xəlilli, 51; 74
Baş hakim: Fərid Hacıyev
Şəki şəhər stadionu
14:30. “Baku Sportinq” – “Kürmük Qax” - 6:0
Qollar: Ülvi Quliyev, 20. Röyal Nəcəfov, 27. Məhəmməd Xəlilov, 38; 45; 89. Vüqar Rəhimov, 56
Baş hakim: Rəvan Həmzəzadə
Binə qəsəbə stadionu
Qeyd edək ki, I təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək “Şəfa” – “Şəmkir” matçı ilə yekun vurulacaq. İlk gündə isə “Lerik”, “Şahdağ Qusar” və “Göygöl” Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yüksəlib.
İdman.biz